DƏRHAL və UZUN MÜDDƏTƏ həssaslığı azaldır¹
Colgate® Sensitive Pro-Relief həssaslığın dərhal və uzunmüddətli azaldılması¹ üçün kliniki olaraq təsdiqlənmiş Pro-Argin texnologiyasına malikdir.
Aşkara çıxmış dentin kanalcıqları diş həssaslığını yaradır. Pro-Argin texnologiyası açıq dentin kanalcıqlarını möhürləyir və həssaslığın dərhal azaldılmasına kömək edir və həssaslığın geri qayıtmasının qarşısını alan uzunmüddətli qoruyucu baryer yaradır¹.
Diş həssaslığında 2,5 dəfəyə qədər azalma².
¹Dişlərin artmış həssaslığını dərhal azaltmaq üçün məcunu barmağınızın ucu ilə dişin həssas sahələrinə çəkin, 1 dəqiqə ərzində yüngülcə ovun. Dişlərinizi gündə iki dəfə fırçalayın və uzunmüddətli təsir üçün müntəzəm istifadə edin.
²İlkin səviyyə ilə müqayisədə 8 həftəlik istifadədən sonra əldə olunan taktil (toxunma əsaslı) nəticələr.
Dişlər isti, soyuq və ya şirinlə təmasda olduqda, qıcıqlanma dişlərin sinir uclarına ötürülür və ağrıya səbəb olur.
Colgate Sensitive Pro-Relief + Emalın qorunması diş məcunu:
- DƏRHAL VƏ UZUN MÜDDƏTƏ həssaslığı azaldır*
- Diş emalını reminerallaşdırır
- Klinik olaraq təsdiqlənib
*Ulduz işarəsi məhsulun istifadəsinə dair qeydə aiddir.
Diş həssaslığı necə yaranır?
Diş ətləri geri çəkildikdə və emal zədələndikdə, dişin sinir uclarına aparan minlərlə mikroskopik kanalcıq üzə çıxır. Aşkara çıxmış dentin kanalcıqları diş həssaslığına səbəb olur. Pro-Argin texnologiyası açıq dentin kanalcıqlarını dərhal həssaslığın azalması* üçün sıxlaşdırır/möhürləyir. Ağardıcı, aşağı-abraziv formul səthi ləkələri təhlükəsiz və effektiv şəkildə uzaqlaşdırır.
*Dişlərin artmış həssaslığını dərhal azaltmaq üçün məcunu barmağınızın ucu ilə dişin həssas sahələrinə çəkin, 1 dəqiqə ərzində yüngülcə ovun.
Sizə möhtəşəm gülüş bəxş etmək üçün hazırlanmış geniş çeşiddə ağız boşluğu sağlamlığına dair məhsulları araşdırın. Axtarış alətimizdən istifadə edərək ideal məhsulunuzu tapın!
Diş həssaslığı isti, soyuq, şirin və ya turş qidalar qəbul edildikdə yarana bilər. Dişlərdə kəskin və qəfil ağrının səbəbi olan bu vəziyyət, diş fırçalama zamanı da meydana gələ bilər. Diş həssaslığından yaranan ağrılar yüngül də, şiddətli də ola bilər. Bu, insanın qidalanma vərdişlərinə təsir edən bir sağlamlıq problemidir.
Diş həssaslığı, emalın aşınması və dentinin açıqda qalması nəticəsində inkişaf edir. Dentinin qidalarla birbaşa təması zamanla onun aşınmasını sürətləndirir. Nəticədə dişin mərkəzində yerləşən və diş sinirlərini ehtiva edən pulpa müdafiəsiz qalır. Bundan əlavə, isti, soyuq təsirlər və ya diş fırçalama zamanı sinirlər təsirlənə və ağrı yarana bilər. Həmçinin, diş həssaslığı diş əti xəstəlikləri, karieslər və sınıq dişlər nəticəsində də inkişaf edə bilər. Diş həssaslığı riskini artıran digər amillər:
- Dişləri sərt fırçalamaq
- Sərt tüklü diş fırçasından istifadə
- Dişətinin çəkilməsi
- Diş əti xəstəliyi
- Sınıq diş
- Dişləri qıcırtmaq və sıxmaq (bruksizm)
- Şüursuz/yanlış istifadə olunan diş ağardıcı məhsullar
- Turşulu/asitli qarqaralar
- Dolğu və diş təmizlənməsi kimi stomatoloji prosedurlar
- Dişlərdə plak yaranması