İstifadə etdiyimiz hər bir inqrediyent siz, ailəniz və ətraf mühit üçün tam təhlükəsizdir. Bunu bilirik, çünki hər birini laboratoriyada hazırlanmağından dükandakı rəflərə və hətta evdə hamam otağına qədər olan məhsulun həyat dövrünün hər bir mərhələsində diqqətlə sınaqdan keçiririk.
Texnologiya dəyişdikcə alimlər və ağız boşluğu sağlamlığı üzrə mütəxəssislərdən ibarət komandamız həvəslə yüksəkkeyfiyyətli inqrediyentlər axtarır və onları tapmaq üçün mübarizə aparırlar.
Bəzi inqrediyentlərin tələffüzü çətin ola bilər, lakin hamısı elmi cəhətdən təsdiqlənmiş, gülüşünüzün parlaqlıq və sağlamlığını təmin etmək üçün daxil edilmişdir.